Ağdaşda DƏHŞƏT: Anasını bıçaqlayan gənc saxlanıldı - YENİLƏNİB

Ağdaş rayonunda anasını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BakuPress.Az-a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

09:24

Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.

 

 

APA xəbər verir ki, 2006-cı il təvəllüdlü Kamran Heybətli ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü Sevil Heybətovanı bıçaqlayıb.

Daha sonra 17 yaşlı oğlan bıçaqladığı anasını xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

0.027568101882935