Dostu ilə birləşib əmisini qətlə yetirən şəxslə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində Tərtərdə əmisini qətlə yetirməkdə təqsirləndirilən Cavad Kərimov və Zamin Abbaszadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

BakuPress.az-ın əldə etdiyi məlumata görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı tam ləğv edilib, apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddəti bərpa olunub.

 

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Kərimov 17 il, Z.Abbaszadə isə 17 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2021-ci il oktyabrın 2-də saat 2 radələrində Tərtər rayonunun Sarov kəndində kənd sakini Ziyaməddin Kərimovun qətlə yetirilməsi barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəliblər, müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə Sarov kənd sakini C.Kərimovun və Kəngərli kənd sakini Z.Abbaszadənin qisas və tamah məqsədi ilə Z.Kərimovu bıçaqla qətlə yetirmələri müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənlər – Z.Abbaszadə və C.Kərimov saxlanılıblar. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

0.024832010269165