Xaçmazda biabırçılıq - Ata azyaşlı qızlarını zorladı

Xaçmaz rayonunda 1983-cü il təvəllüdlü şəxsin03:08:49 doğma qızlarına qarşı seksual xarakterli zorakılıq əməlləri törətməsi üzə çıxıb.

BakuPress.03:08:47az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun İstisu qəsəbəsində baş verib. Orada yaşayan Bayram Vəliyevin qayınanası polisə şikayət edərək, kürəkəninin 3 övladını zorlamasını bildirib.

Müraciətlə bağlı dərhal araşdırmalara başlanılıb. Məlum olub ki, Bayram Vəliyev 2016-cı ilin yay aylarından başlayaraq 2018-ci ilin yaz aylarınadək olan müddət ərzində müxtəlif vaxtlarda yaşadığı Xaçmaz rayonu İstisu qəsəbəsində yerləşən fərdi yaşayış evində 2004-cü il təvəllüdlü qızını, 2018-ci İldən başlayaraq 29 yanvar 2022-ci il tarixədək olan müddətdə 2005-ci il təvəllüdlü qızını, 2019-cu ildən başlayaraq 2021-ci ilin dekabr ayınadək olan müddətdə isə 2007-ci il təvəllüdlü qızını mütəmadi zorlayıb.

Onun arvadı qorxduğu üçün hadisə barəsində Türkiyədə yaşayan anasına məlumat verib. Bundan sonra Bayramın qayınanası Türkiyədən Xaçmaza gəlib və kürəkənindən şikayət edib. Həmin şəxs dərhal həbs edilib. Barəsində Cinayət Məcəlləsinin 150.2.3, 150.2,4, 150.2.5 və 150.3.3-cü maddələri ilə iş açılıb.

Bir neçə gün əvvəl Bayram Vəliyev barəsindəki cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Təqsirləndirilən şəxs arvadının və qayınanasının onu şərlədiyini bildirib. O, arvadının Türkiyəyə köçüb orada yaşamaq niyyətində olmasını və buna görə də ona tələ qurduğunu bildirib.

Zərərçəkmiş şəxs qismində tanınan 3 qız isə atalarının onlara təcavüz etməsini bildiriblər. Onlar ataları Bayramın analarını öldürmək hədəsi ilə seksual xarakterli zorakılıq etdiyini qeyd ediblər.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi bu il sentyabrın 29-da Bayrama hökm elan edib. O, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

0.071626901626587