Əfqanıstanda zəlzələdə xəsarət alanların sayı on minə çatıb - VİDEO

Əfqanıstanda dağıdıcı zəlzələ nəticəsində yaralananların sayı 10 minə çatıb. 

Məlumata görə, 20-yə yaxın kənd tamamilə xarabalığa çevrilib, yüzlərlə ev dağılıb, ölənlərin sayı 2400-ü keçib. Dağıntılar altında hələ də insanların qaldığı deyilir.

Rəsmilər sağ qalanların heç nəyinin qalmadığı üçün ölkənin beynəlxalq yardıma ehtiyacı olduğunu bildiriblər.

 

 

Qeyd edək ki, oktyabrın 7-də baş verən 6,2 ballıq zəlzələ ölkədə son 20 ilin ən dağıdıcı zəlzələlərindən biri olub.

Mənbə: Ura.ru

0.037592887878418