Qarabağda keçirilən antiterror tədbirləri zamanı ağır yaralanan, bu gün şəhid olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Əzizbəy Etibar oğlu Muradov dəfn edilib.
BakuPress.Az xəbər verir ki,APA-nın Mil-Muğan bürosunun məlumatına görə, şəhid Əzizbəy Muradovun nəşi doğulduğu Sabirabad rayonunun Ulacalı kəndinə gətirlib. Onunla yaşadığı evdə vida mərasimi keçirilib.
Şəhid Ulacalı kənd qəbiristanlığında, yaxınlarının mızarının yanında torpağa tapşırılıb.
Dəfn mərasimində rayon ictimaiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Çevik Polis Alayının əməkdaşları, hərbiçilər və şəhidin yaxınları iştirak ediblər.