Emin Əmrullayevin məmuru şəhid qardaşını aşağıladı - "Geyimin mənim xoşuma gəlmir"

Neftçala şəhər Təhsil Sektorunun müdiri Nicat Cəfərov Şəhid Mürsəl Əsgərovun qardaşı Əfsər Əsgərova qarşı sayğısızlıq edib, onu şagirdlərin, müəllimlərin qarşısında aşağılayıb. 

BakuPress.Az Bizimxeber.az -a istinadən bildirir ki, bu barədə şəhid qardaşı özü məlumat verib. Şəhid qardaşı bildirir ki, N.Cəfərovun bu sözlərindən sonra utandığıdan məktəbə gedə bilmir: Cənab Prezidentin tapşırığına əsasən Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov tərəfindən Neftçala şəhər İkinci Qaralı kənd tam orta məktəbində işlə təmin olunmuşam.

Neftçala şəhər Təhsil Sektoruna müdir təyin olunub

3 ildir məkyəbin təsərrüfat müdiri vəzifəsində çalışıram. Hazırda məzuniyyətdəyəm. Dünən Neftçala şəhər Təhsil Sektorunun müdiri Nicat Cəfərov bizim məktəbə gəlib, məni soruşub. Deyiblər məzuniyyətdədir.

Mənə zəng etdilər getdim məktəbə. O qədər müəllimin, şagirdin qarşısında mənə dedi ki, sənin geyimin mənim xoşuma gəlmir. Dedim necə geyinməliyəm ki, tam abirlı geyimdə gəlmişəm. O isə təkidlə bildirirdi ki, mənim qarşıma rəsmi geyimdə gəlməlisən, mən müdirəm. Mən isə cavabında dedim ki, mənim gücüm buna çatır. 320 manat əmək haqqı alıram.

Ailədə 4 nəfərik 2 uşaq məktəbə gedir. Üstəlik kamunal və hər bir şey bu pula baxır. O isə oz dediyindən əl çəkməyərək aşağılamaqda, alçaldmaqda davam edirdi. Daha sora bildirdi ki, "mənim üçün fərq etmir, uzaq başı yola salacam".

Şəkilin açıqlaması yoxdur.

Şəhid Mürsəl Əsgərovun qardaşı Əfsər Əsgərov bildirir ki, Neftçala şəhər Təhsil Sektorunun müdiri Nicat Cəfərov bu sözləri məktəb kollektivi və şagirdlərin qarşısında deyib: "Mən utandığımdan məktəbə getmirəm. Ümumiyyətlə, Nicat Cəfərov bütün müəllim kollektivinəı qarşı belə münasibət sərgiləyir.

Qeyd edək ki, Əfsər Əsgərov Neftçala rayonu İkinci Qaralı kəndində yaşayır. O, Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mürsəl Əsgərovun qardaşıdır. Mürsəl Əsgərov sonuncu döyüşdə itgin düşüb, sonrakı taleyi barəsində məlumat yoxdur. Ona Şəhid statusu verilib.

Səslənən iddialara aydınlıq gətirmək üçün Neftçala şəhər Təhsil Sektorunun müdiri Nicat Cəfərovla əlaqə saxlamaq istəsək də, telefona cavab verən olmadı.



0.049901962280273