Ağcabədidə ağır qəza: Ölən və yaralananlar var - FOTO

Ağcabədidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BakuPress.Az xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.

32-BE-883 dövlət qeydiyyat nişanlı “Lada Priora” markalı minik avtomobili digər nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə “Lada Priora” işıq dirəyinə çırpılıb.

Qəza zamanı bir nəfər - Şəmkir rayonu, Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü Orxan Salman oğlu Hüseynov həyatını itirib.

 

 

Onun həmkəndlisi, 1983-cü il təvəllüdlü Emin Raquf oğlu Məmmədov və digər iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

0.039906024932861