Dildən dodağa şikayətin nə mənası var

Uzaqlar deyilən bir yer var... Hansı ki, kimsə həmin uzaqların harada yerləşdiyini bilmir. Tək bildikləri var. Burada tapa bilmədikləri xoşbəxtlikləri "uzaqlarda" tapacaqlar. Mənasızdır məncə belə düşünmək. İnsan doğulduğu, yaşadığı yerdə xoşbəxtliyə kor baxıbsa, yan keçibsə ondan, uzaqlarda heç tapmaz olmaz. Sanki axtardıqlarımız orada oturub bizi gözləyir, zaman belə vəfasız, acımasızdır... dayanmır, gözləmir hey harasa tələsir. zaman gözləmirsə səni o zaman heçnənin, heç kimin haradasa bir yerdə əyləşib səni gözlədiyi fikrinə aldanma..

Bəzən buralardan, eyniliklərdən qaçıb getmək istəyirik. Gedib başqa bir yerdə həyat qurub, keçmişi silib atmaq istəyirik. Hətta bunun üçün çoxundan uzaqlaşırıq, şəkilləri, məktubları yandırırıq ki, keçmişi unudaq. Unuduruq, unuduruq, amma hər şey şəkilləri yandırmaq, kimləsə aranı vurmaqla bitmir. Ürək unudmaq istəmirsə nə edə bilərik ki? Bu suala sənə adi kimi gələ biləcək , lakin altında böyük məna yatan "heç nə" ilə cavab verirəm..

İnsan sevdiklərindən uzaqlaşdıqdan sonra onlar üçün darıxır, araya amansızca girən məsafələri qınayır. Amma niyə görəsən özümüzü qınamırıq? Axı o məsafələrin yaranmasına səbəb bizik... Axı qalıb mübarizə edib də qazanmamız gərəkirkən, qorxub qaçan, məğlubiyyəti qalibiyyət sanan bizik.

Ömrümüzün çoxu kimlərisə qınaq hədəfinə çevirməklə keçir. Məgər niyə unuduruq ki, biz də kimin üçünsə qınaq hədəfyik?! Düşünməməkdən düşüncələrimiz mi pas atıb görəsən? Ya da düşünməyə ərinirik, tənbəlləşmişik. Əslində elə tənbəllikdir evimizi yıxan. və o qədər tənbəlləşmişik ki, yıxılan evimizi görüb ona tərəf qaçmamız gərəkirkən tam əksinə qaçırıq. Haraya qədər qaçacağıq bilmirəm. Görəsən bu vaxta qədər qaçdıqlarımızı toplasaydıq Yer kürəsində neçə dövrə vurmuş olardıq?! Yəqin tənbəllikdən bunu da hesablamaz, nə vaxtsa hesablaram deyib kənara atardım. Bəs görəsən kənarda bizi gözləməkdən başqa çarəsi olmayan və bir o qədər də gözləməkdən yorulan nə qədər dərd-sərimiz var?!Amma qaçdığımız cavab tapmadığımız suallardır o suallar ki,məmurların özbaşınalığı ...Xalqda bilmir kimə inansın tutaq ki,həkimdən şikayət edirlər səhiyyə nazirliyinə amma yalandan gözləmək qalır onlara çünki dildən dodağa şikayətin nə mənası var.

 

ŞƏFƏQ AĞACAN

0.028375864028931