Söyüdlüdəki şirkətin rəhbəri: Nöqsanımızı qəbul edirik

Biz gərək tullantılarla bağlı məsələlərdə Söyüdlü sakinlərini öncədən məlumatlandıraydıq. Bu nöqsanımızı qəbul edirik”.

BakuPress.Az xəbər verir ki, bunu “Anglo Asian Mining plc.” şirkətinin rəhbəri Reza Vəziri media üçün keçirilən brifinqdə deyib.

 

 

“Bəlkə də əhalini vaxtında məlumatlandırsaydıq, bu sahədə maarifləndirsəydik, düzgün iş qursaydıq, vəziyyət bu həddə gəlib çatmazdı. Təəssüf edirəm ki, bu işi görməmişik. Bu, bizim səhvimizdir. Bunu etiraf edirəm”.

0.099918842315674