Şəfəq Ağacan-"Bu dəfə məndə silah -sursat aşkar eləsələr təəccüblənməyin"

Bu məmləkətdə yaşamaq cəhənnəm əzabından başqa bir şey deyil. Eşitdiklərin, gördüklərin hamısı yalan və saxta. İçim özümü yandırır, elə ki, yazıram çölüm də özgəni. Axı, biz kimik? Hara gedirik? Hər gün, günün 24 saatı telekanalizasiyaların efirlərində mənəviyyatı korlayan, beyinləri zəhərləyən, eyni sözləri eşidib verilişlərə baxırsan. Vətənpərvərlik, mübarizlik və milli ruh hissləri öldürülür. Yeniyetmə və gənclər şou biznes əhlinin səviyyəsində yetişdirilir. Hərdən özümə sual edirəm. Görəsən bizlər nədən qurtulmuşuq? Torpaqlarımızın 20%-i erməni işğalından azad olundu çox şükür,80 % isə yerli icra başçılarının inhisarında. İşsizlik baş alıb gedir. Camaat kasıbçılıq içində çabalayır. İqtisadi, siyasi, sərbəst toplaşmaq kimi azadlıqlar yox. Başqa ölkələrdən fərqli olaraq bizlər hələ də sovetlər dövrünün eybəcər stroy tiplərindən xilas ola bilməmişik. Şəxsiyyətə pərəstiş, rəzillik, yaltaqlıq və pula sitayiş ictimai şura hakim kəsdirilib. Çirkin əməllərini ört-basdır etmək üçün müstəqil mətbuat sıradan çıxarılır. Azad fikirli, sağlam düşüncəli yazarlar söyülür,döyülür və şərlənərək həbsxanaya salınır. Sonradan utanıb çəkinmədən azad mətbuatdan, demokratiyadan və hüquqdan dəm vururlar

 

Mənim məmur sifarişindən başım çox çəkib.Bu dəfə məndə silah sursat aşkar eləsələr təəccüblənməyin.)

P.S.Desəm öldürərlər,deməsəm ölləm məsəli...

Şəfəq Ağacan

0.035710096359253