Fərəcovun" padşahlığı" nə vaxt süqut edəcək?-Şikayətçilər pik həddə çatıb

Prezidentin səxavətlə verdiyi milyonları icra başçıları büdcə vəsaitlərinin gözünə qatıb "səxavətlə” xərcləyirlər. 

Xülasə. Keçək əsas məsələyə. Artıq uzun müddətdir ki, bir qrup sahibkar müxtəlif media orqanları və dövlət qurumlarına Zakir Fərəcovdan şəhərin abadlaşması üçün gördükləri işlərin pulunu ala bilməməklə bağlı şikayətlər ünvanlayırlar. Amma İcra Hakimiyyətinin başçısı iş adamlarına heç bir borclarının olmadığını iddia edir.

Bəs görəsən heç bir borcunun olmadığını iddia edən Fərəcov nəyə görə, əsas gətirmir və ya gətirə bilmir? Dəlil olmayan yerdə onu ortaya qoymaq mümkün deyil. Fərəcov tərəfindən aldadılan sahibkarlar gördükləri işin müqabilində pullarını ala bilmədiyini deyir. Onlar iddia edir ki, dəfələrlə Prezident Admnistrasiyasında olublar və onlar məsələni araşdıracaqlarına söz veriblər.

“Biz bütün sənədləri təqdim etmişik. Zakir Fərəcovun bizə qarşı etdiyi qanunazidd hərəkətlərini əks etdirən dəlil və sübutları da vermişik. Söz veriblər ki, məsələni müsbət şəkildə həll edəcəklər. Lakin görünən odur ki, Zakir Fərəcov heç kimdən çəkinmir. Əgər çəkinsəydi bu qədər qanunsuzluğa davam etməzdi”, – deyə sahibkarlardan biri qeyd edib.

Ən absurd nüans isə icra başçısının bu məsələdə proseslərdən ümumiyyətlə xəbəri olmayan müavinlərini önə keçirib özünün onların arxasında sanki gizlənmiş kimi etdiyi hərəkətdir.

Yuxarıda xatırlatdığım dəlil məsələsi indi yerinə düşür. Əlində dəlili olan başçı müavinlərini qabağa verib başını ağrıtmaq istəyərdimi? Əlbəttə ki, yox.

İş adamları əlavə edir ki, Zakir Fərəcov onlarla görüşündə dövlətin ona pul ayırmadığını, Sumqayıtda bütün işləri öz puluyla etdiyini deyib:

“Bizə maraqlıdır, əgər dövlət tərəfindən Sumqayıta pul ayrılmayıbsa, bu qədər bahalı layihələri Zakir Fərəcov hansı pulla əmələ gətirib? Təkcə, Dənizkənarı Bulvarın smeta dəyəri 100 milyon manata yaxındır. Bir icra başçısında bu qədər pul hardandır? Əgər bu qədər pulu varsa, şübhəsiz,

Fərəcov onu düzgün yollarla əldə etməyib. Aydın məsələdir ki, Zakir Fərəcov dövlətdən pul ayrılmaması ilə bağlı dedikləri ağ yalandır. Bu adam dediyim kimi, super yalançıdır. Hər cür dona girir ki, sahibkarların pulunu verməsin.

Sumqayıt bulvarının bütün işlərini biz görmüşük.

Amma sonradan məlum oldu ki, həmin işlər adı var, özü yox, həm də yaxın adamlarının adına yaradılmış şirkətlərin adına yazılıb. Məqsəd də ayrılmış pulu nağdlaşdırmaq idi və bunu da edib. Sonuncu belə əməliyyatlardan biri də Sumqayıt Bulvarının tikintisinə 3,7 milyon manat pulun ayrılmasıdır.

Həmin pul Zakir Fərəcovun müavini Gündüz Əliyevin bacısı oğlanlarının adına yaradılmış şirkətə köçürülüb. Fərəcov da həmin pulla oğluna Bulvarda “Paseydon” adlı restoran tikdirib. Bu adam o qədər arxayındır ki, oğlu prokuror olduğu halda və qanunla bizneslə məşğul olması qadağan edildiyi halda restoranı onun adına sənədləşdirib.

Sahibkarlardan pul yığılması, iş adamlarının pulunu kəsmək də bir ayrı məsələdir və onun əziyyətini çəkənlərdən biri də bizik”.

Yarım ilin içində 5 icra başçısı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Onların nəyə görə həbs olunduğu heç kəsə sirr deyil. Köhnə həmkarlarının aqibətini gözünün önünə gətirməyən və ibrət almayan hazırki başçılar eyni taleyi bölüşəcəklər.

Zakir Fərəcov iş adamları ilə son görüşündə işindən çox narahat olduğunu ifadə edib.

“Zakir Fərəcov bizimlə son görüşündə iddia etdi ki, Birinci Xanım Mehriban Əliyevanın adamlarının ondan xoşu gəlmir və işdən çıxalırma ehtimalı yüksəkdir. Bunu bəhanə gətirərək yenə də bizi aldatmağa nail oldu. Biz artıq dərdimizi kimə deyəcəyimizi bilmirik. Bizə pulu Adil Xudadatov verəcəyini deyir. Zakir Fərəcovun məqsədi ayrılan pulu nağdlaşdırıb, özünə götürməkdir. Sahibkarları da Adilin əliylə yığdırdığı pullarla sakitləşdirib, işdən qazanclı çıxmağa çalışdığı göz önündədir”.

Bəs görəsən etimad göstərilən bəzi icra başçıları qatı rüşfətxora necə çevrilirlər? Yəni, insanlar, cəmiyyətlər, dövlətlər bir çox hallarda səhv edə-edə, lakin səhvləri təkrar etmədən irəliləyərək müəyyən olunmuş hədəflərə yetişiblər. Amma Zakir Fərəcov kimi icra başçısı bu cür səhvləri təkrarlayaraq xalqı və onun sahibkarını incitməyə müvvəq olurlar. Müstəqillik dönəmində Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatlar bir çox sahədə inkişafa təkan verdi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən torpaq islahatı, kolxoz və sovxozların islahatı buna bariz misal ola bilər. Amma baş verən bəzi süründürməçiliklər hələ də islahatlara ehtiyac olduğuna dəlalət edir. Dünya gör-götür dünyasıdır. Kimdə və harada yaxşı nə varsa, onu əxz etmək gərəkdir.

Əhaliyə “qan uddurması” və misli görünməmiş qanunsuz hərəkətləri ilə respublikada bütün həmkarlarını geridə qoyan Sumqayıtın icra başçısı Zakir Fərəcov Ramiz Mehdiyev,Eldar Mahmudov “məktəbi” keçib. Fərəcov son dövrlərdə ən çox gündəmə gələn icra başçısıdır.

Prezidentin çağırışlarına, xalqa xidmətlə bağlı tapşırıqlarına baxmayaraq, Zakir Fərəcov islahatlar kursuna tam zidd fəaliyyət göstərməkdə davam edir.

Mövcud qanunlarımız məmurların biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Amma hazırda ölkənin ən biznesmenləri məhz məmurlardır.Yüksək rütbəli məmurlarla yanaşı, özlərini "kiçik padişahlar" hesab edən icra başçıları da artıq oliqarxa çevrilib, böyük biznes şəbəkəsini və milyonlarla pulu idarə edirlər. Qanunların tələblərini yerinə yetirməyən bəzi icra başçıları bizensini günü-gündən genişləndirərək böyük şəbəkə qurublar.Belələrindən birincisi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur.

Keçmiş bələdiyyə sədri - indiki icra başçısı Abşerona başçılıq etdiyi gündən Sumqayıta gələn bir gündən hər cürə şikayətlər çedianı bəzəməkdə davam edir.Vallah axır bu işi araşdırın bizdə bilək kimdir günahkar?Artıq 5 ildir Sahibkarlar pul tələbi ilə az qala "BMT"yə məktub yazsınlar,amma nə pul verən var nədə bir ölçü götürən .

 

Keçmişin inzibati amirlik metodu stalinizmlə birlikdə tarixin zibilliyində çoxdan dəfn olunub. Əgər bu gün hansısa şəhər rəhbəri hələ də bu təfəkkürlə idarəetmə baxışlarında ilişib qalıbsa, bu onun şəxsi faciəsinin təməli deməkdir. Deməli onlar özləri ilə birlikdə bütün Sumqayıtl da keçmişin zibilliyində dəfn etmək siyasətini aparırlar. Buna zamanın ironik də olsa, belə bir düşüncə sistemi ilə yanaşmaq, insanlığın tamamilə məhvidir. Mövzunu diqqətdə saxlayacağıq.

BakuPress.Az.olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

P.S

Bu məmləkətdə yaşamaq cəhənnəm əzabından başqa bir şey deyil. Eşitdiklərin, gördüklərin hamısı yalan və saxta. İçim özümü yandırır, elə ki, yazıram çölüm də özgəni. Axı, biz kimik? Hara gedirik? Hər gün, günün 24 saatı telekanalizasiyaların efirlərində mənəviyyatı korlayan, beyinləri zəhərləyən, eyni sözləri eşidib verilişlərə baxırsan. Vətənpərvərlik, mübarizlik və milli ruh hissləri öldürülür. Yeniyetmə və gənclər şou biznes əhlinin səviyyəsində yetişdirilir. Hərdən özümə sual edirəm. Görəsən bizlər nədən qurtulmuşuq? Torpaqlarımızın 20%-i erməni işğalından azad olundu çox şükür,80 % isə yerli icra başçılarının inhisarında. İşsizlik baş alıb gedir. Camaat kasıbçılıq içində çabalayır. İqtisadi, siyasi, sərbəst toplaşmaq kimi azadlıqlar yox. Başqa ölkələrdən fərqli olaraq bizlər hələ də sovetlər dövrünün eybəcər stroy tiplərindən xilas ola bilməmişik. Şəxsiyyətə pərəstiş, rəzillik, yaltaqlıq və pula sitayiş ictimai şura hakim kəsdirilib. Çirkin əməllərini ört-basdır etmək üçün müstəqil mətbuat sıradan çıxarılır. Azad fikirli, sağlam düşüncəli yazarlar söyülü, döyülü və şərlənərək həbsxanaya salınır. Sonradan utanıb çəkinmədən azad mətbuatdan, demokratiyadan və hüquqdan dəm vururlar

Mənim məmur sifarişindən başım çox çəkib.Bu dəfə məndə silah sursat aşkar eləsələr təcüblənməyin

0.069090843200684