İtaliyada mafiya lideri həbsxanada dünyasını dəyişdi

İtaliyanın Akvila şəhərindəki ciddi rejimli həbsxanada saxlanılan “Koza Nostra” (Nyu-Yorkda iri İtaliya-ABŞ mafiya qruplaşması) liderlərindən biri Matteo Messina Denaro xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, sentyabrın 22-dən komada olan 62 yaşlı mafiya başçısı yoğun bağırsaq xərçəngindən müalicə alırmış.

Qeyd edək ki, Denaro doğulduğu Siciliyadakı Kastelvetrano şəhərində dəfn olunacaq.

 

 

Mənbə: Vesti.ru

0.049264192581177