Yüksək vəzifədə işləyən məmurun qardaşı oğlu dələduzluq ittihamı ilə həbs edildi

Dələduz dəstə tərəfindən külli miqdarda pulunun və mülkiyyətinin ələ keçirilərək dələduzluğun qurbanı olduğunu deyən vətəndaş Tamam Nəbiyeva saytımız və digər xəbər portalları vastəsi ilə güc mərkəzləri, o cümlədən Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan kömək istəməsi barədə məlumat dərc etmişdik, məsələ dərhal nəzarətə götürülmuş, bir neçə gün bundan öncə isə dələduz şəbəkənin üzvünün biri Nihad Əliyev artıq Nərimanov Polis İdarəsində aparılan cinayət işi ilə əlaqədar onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 itthamı ilə 3 ay həbs qətimkan tədbiri seçilib, onunla əlbir olan şəxslərin müəyyən edilməsi barədə aparılan zəruri istintaq tədbirləri davam etdirilir, onlar vətəndaş Tamam Nəbiyevanın ev və pulunu etibarından su-istfadə edərək ələ keçirib, təxminən 200 min manat dəyəridə ziyan vurublar.

Qeyd edək ki Nihat Əliyev keçmiş Vergilər Nazirliyinin, indiki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində yüksək vəzifədə çalışan Natiq Əliyevin qardaşı oğludur, Natiq Əliyevin adı tanınmış iş adamı “OMAKS-3” MTK rəhbəri uzun müddətdir və bu günə kimi də həbsdə olan Tapdıq Namazovun həbsinin vastəçilərindən biri olduğu deyilir, bu barədə Tapdıq Namazovun bacısı Alidə Hüseynova media vastəsi ilə dəfələrlə çıxışında qardaşının həbsinin əsas sifarişçilərindən biri də Natiq Əliyevin olduğun bildirib.

O, həmçinin qardaşının həbsində Natiq Əliyevin qardaşı Raiq Əliyevdəndə istfadə olunduğun bildirib,  qeyd edib ki, Raiq Əliyev dələduzluqla  bir neçə gün əvvəl həbs olunan Nihad Əliyevin atasdır.

0.029658079147339