"Cahangir Zeynalovun intiqamı alındı"

Cənab Prezidentə aid olan səbr, güc, ağıl, mədəniyyət, müdrüklük bu qələbəni gətirdi. Ordumuzun zəfəri, zəfərə olan münasibəti, səbri, gücü və uğuru bizə bu gözəl günləri yaşatdı. Bundan sonra "44 + 1 = Tam qələbə" yazılmalıdır".

BakuPress.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan Xalq artisti Cahangir Novruzov "Sabahın xeyr, Azərbaycan!" verilişinə canlı bağlantısı zamanı deyib. Sənətçi şəhidlərimizə Allahdan rəhmət diləyib:

"Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Onların qanı Birinci və İkinci Qarabağ müharibəsində, nə də ki, antiterror tədbirlərində boşuna axmadı. Mina partlayışında həlak olan əziz qardaşlarımıza da rəhmət diləyirəm, ailələrinə dərindən və qəlbən baş sağlığı verirəm. Ürəyimiz ağrıyır, amma onların qanı, iradəsi və əzmi ilə bu qələbə qazanıldı. Azərbaycanlı olmağımla fəxr edirəm. Bu söz böyük sözdür. Bunu bizə yaşadan müzəffər Ali Baş Komandana dərin təşəkkürümü bildirirəm. Xalqımızın gözü aydın olsun. Getdilər, hər şey bitdi! Gör nə günə qaldılar ki, Yevlaxa getdilər. Yevlax Brüsseldən güclü olacaq”. 

Sənətçi bu gün babası, Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Məşədi Rza oğlu Zeynalovun doğum gününün olduğunu bildirib:

"Valideyinlərimin və babalarımın vəfat günündə halva bişirtdirirəm. Amma bu gün Cahangir Zeynalovun halvasını böyük sevinclə və bütün Qarabağ döyüşündə ölən şəhidlərimizin şərəfinə bişirtdirəcəyəm. Çünki Cahangir Zeynalovun da intiqamı alındı. O təkcə xəstəlikdən ölmədi. Xəstələnib Bakıya gələndə İstanbuldan olan dostu Əlibəy dedi ki, sənə bir neçə şey göstərəcəyəm. Bakıda 17 yaşında divara mıxlanan qızı, qır-qazanında bişirilmiş 7 yaşında uşağı göstərib. Yuxarı məhəllədə yerləşən bir evin qapısını açanda görüblər ki, babamın anası Əsli xanımı atıblar təndirə, ermənilər orada öldürüblər. Onun intiqamı alındı. Cahangir Zeynalov o xəstəliyə mənəvi çöküşlə təslim oldu".

 
0.054378032684326