Masazırdakı məcburi köçkün şəhərciyində iki nəfər bıçaqlanıb

Abşeronda məcburi köçkün şəhərciyində iki nəfər bıçaqlanıb.

BakuPress.Az xəbər verir ki, hadisə Abşeron rayon, Masazır qəsəbəsində yerləşən Zəngilan məcburi köçkünlər şəhərciyində qeydə alınıb.

Fərid Allahverdi münaqişə zəminində 2000-ci il təvəllüdlü Rzaqulu Allahquluyev və 2002-ci il təvəllüdlü Zamin Əsgərzadəni bıçaqlayaraq xəsarətlər yetirib.

 

 

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

0.18682193756104