Xocavənddə iki tondan çox narkotik tərkibli bitki aşkarlandı

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonunun Şexer kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

 

 

Bildirilib ki, yabanı halda bitən, ümumilikdə çəkisi 2 ton 128 kiloqram olan 3 272 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

0.031199216842651