Goranboyda üç kiloqram narkotik saxlayan şəxs tutulub - FOTO

Goranboyda qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Goranboy Rayon Polis Şöbəsindən verilən xəbərə görə, şöbəyə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Tərtər rayon sakini Ruslan İbrahimov Goranboy rayon Borsunlu kəndi ərazisində saxlanılıb.

Polis şöbəsində şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan ümumi çəkisi üç kiloqram olan narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

0.042816877365112