Çempionlar Liqası: “Qarabağ” bu gün Polşa çempionu ilə qarşılaşacaq - AFİŞA

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

BakuPress.Az xəbər verir ki, “atlılar” Polşa təmsilçisi “Rakuv”un qonağı olacaqlar.

Çenstoxovadakı “Miejski” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

26 iyul

22:15. “Rakuv” (Polşa) - “Qarabağ” (Azərbaycan)

Baş hakim: Lukas Fandrix (İsveçrə)

Çenstoxova, “Miejski” stadionu

0.075932025909424