Dövlət xətti ilə 45 min 189 ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

 

Bu barədə Bakupress.az -a İKZF-dən məlumat verilib.

 

Bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 45 min 189 ipoteka krediti verilib.

 

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 671 milyon 189 min 441 manatdır.

0.061366081237793