Ərdoğan kanslerlə danışıqlar apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla görüşüb.

 

Bakupress.az TRT-yə istinadən xəbər verir ki, görüş Litvada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində baş tutub.

 

Görüşün detalları barədə hələlik məlumat verilməyib.

 

Şoltsla görüşdə Türkiyə tərəfdən xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, MİT rəhbəri İbrahim Kalın, kommunikasiya direktoru Fahrettin Altun və prezidentin müşaviri Akif Çağatay Kılıç iştirak edib.

0.042825937271118