Türkiyənin yeni spikeri bu axşam Bakıya gəlir - ÖZƏL

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün axşam saatlarında Azərbaycana gələcək.

 

Bunu açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib. 

 

Onun sözlərinə görə, özünün də təmsil olunduğu TBMM nümayəndə heyəti Şimali Kiprdən birbaşa Azərbaycana yollanacaq.

 

Kurtulmuşun Azərbaycana spiker kimi ilk rəsmi səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, Numan Kurtulmuş hazırda Şimali Kiprdə səfərdədir.

0.038563013076782