Türkiyə İsveçə YAŞIL İŞIQ yandırdı

Türkiyə İsveçin NATO-ya üzvlük protokolunun ən qısa zamanda parlamentə göndərilməsinə razılıq verib

 

Bakupress.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə Türkiyə Prezidenti və İsveç Baş naziri ilə üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, görüş konstruktiv keçib.

 

"Mən Prezident Ərdoğan İsveçin üzvlük protokolunun ən qısa zamanda Böyük Millət Məclisinə göndərilməsinə və protokolun təsdiqlənməsinə əmin olmaq üçün Millət Məclisi ilə ilə işləyəcəyinə razılıq verdiyi üçün şadam", - Stoltenberq vurğulayıb.

 

O, NATO-nun da öz növbəsində terrorla mübarizə üçün xüsusi mexanizm və nümayəndə postu yaradacağını vəd edib.

 

Qərara əsasən, İsveç Gömrük İttifaqının yenilənməsi və vizanın liberallaşdırılması da daxil olmaqla Türkiyənin Aİ-yə üzvlük prosesini fəal şəkildə dəstəkləyəcək.

 

“CNN Türk” kanalı qeyd edib ki, Türkiyə parlamenti bu həftə yay tətilinə getdiyi üçün sənəd, çox güman ki, payız sessiyasında təsdiqlənəcək.

0.046821117401123