Ərdoğanın Zelenski ilə görüşü başa çatdı - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü başa çatıb.

 

Bakupress.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

 

Görüş zamanı iki ölkə arasındakı münasibətlər, Rusiya-Ukrayna müharibəsində son hadisələr və iyulun 17-də müddəti başa çatacaq Qara dəniz taxıl sazişi kimi regional və beynəlxalq məsələlər müzakirə edilib.

 

Görüş təxminən 2,5 saat davam edib.

 

Liderlərin təkbətək görüşü ilə yanaşı nümayəndə heyətləri arasında da görüş keçirilib

 

***

22:21

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.

 

Bakupress.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

Bildirilir ki, görüş Vahidəddin köşkündə keçirilir.

 

İkitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında görüş olacaq.

0.031237125396729