Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabelı, rayonlarda yerləşən istismar idarələri tərəfindən elan olunmuş bir çox tenderlərin keçirilməsi prosedurunda ciddi qanun pozuntularına yol verilməsi barədə demək olar hər gün yeni məlumatlar yayılır. Sözügedən cəmiyyətə tabeli qurumların keçirdiyi tenderlərdə hər il yeni bir MMC qalib çıxarılır, müəyyən məqsədləri həyata keçirildikdən sonra o şirkətlərdən heç xəbər-ətər qalmır. Bu ilin başlanğıcından isə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabelı idarələr “VNM SERVİS” MMC ilə işbirliyinə başlayıblar. Səhmdar cəmiyyətin yerli idarələri cari ilin iyuniyul aylarında adıçəkilən MMC ilə 23 satınalma müqaviləsi bağlamışlar.12.504,46 manat məbləğində satınalma müqaviləsi 25.06.2023-cü il tarixdə;
İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş avtomaşın və mexanizmlər üçün ehtiyyat hissələrinin satın alınması üzrə 43.573,86 manat məbləğində satınalma müqaviləsi 24.06.2023-cü il tarixdə;
İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş mexanizmlər və avtomaşınlar üçün sürtkü materiallarının satın alınması üzrə 8.643,5 manat məbləğində satınalma müqaviləsi 24.06.2023-cü il tarixdə; Qeyd edək ki, burada şəffalıqdan söhbət belə gedə bilməz. Bu inhisarçılığın bariz nümunəsidi. Bu azad rəqabətin açıq şəkildə pozulmasıdı. Bir MMC-nin ay yarım ərzində 23 açıq tender və kotirovka sorğusunda qalib olması satınalma prosedurlarında saxtakarlıqdan başqa bir şey deyil. Buna da, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti zəmin yaradır. Çox gümün ki, bu işlərin başında Səhmdar Cəmiyyətin sədr müavinlərindən biri, ya Rafiq Aslanov, ya da Zakir Quliyev dayanır. Bu, 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmiş, hazırda isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri vəzifəsinin başında duran Zaur Mikayılov da ola bilər.