Biz təhdidlərə boyun əyməyəcəyik - Ərdoğan

"Artıq hamı qəbul etməlidir ki, terrorçulara yer verməklə, şəhərin meydanlarını terrorçulara ayırmaqla Türkiyənin dostluğunu qazanmaq olmaz".

 

Bakupress.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.

 

“Bütün dünya bilir və bilməlidir ki, biz təhdid siyasətinə, təxribatlara, başlıq altında çubuq göstərmək hiyləsinə boyun əyməyəcəyik”, - deyə Türkiyə Prezidenti qeyd edib.

0.029753923416138