“Azərişıq” ASC, “Sumqayıt” RETSİ-nin Hesabatların hazırlanması bölməsinin texnik-operatoru, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 27/69 B, mənizl 24-də yaşayan Cavadova Jalə Əli qızı tərəfindən şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, “Azərişıq” ASC-nin Kadrlar şöbəsinin rəis müavini Həvva Tahirovaya, “Azərişıq” ASC-nin Protokol xidmətinin rəhbəri Leyla Sadıqovaya, eləcə də digər müvafiq qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Bildirirəm ki, “Azərişıq” ASC-də məmur özbaşınalığı hökm sürür. Dövlət başçımızın göstərişlərinə biganə yanaşılır, qanunlara məhəl qoyulmur.Vaxtilə mütəşəkkil dəstə ilə külli miqdarda rüşvətalma, vəzifə saxtakarlığı edənlər (Sakit Baxışov, Çingiz İbadov, Mahir Novruzov və s.) “Azərişıq” ASC-də rəhbər vəzifələrə təyin edilib.
Respublika Hərbi Prokurorluğunda idarə rəisi kimi xidməti və icra intizamının pozuntusu hallarına yol verdiyinə, aşkar qanunsuzluqlar və nöqsanların aradan qaldırılması üçün tədbirlər görmədiyinə görə, Baş Prokurorluğun əmrilə vəzifədən azad edilən Xalid Təhməzov hazırda sədr Vüqar Əhmədovun müşaviridir.
Azərbaycanda vaxtaşırı kadr islahatları aparılır. Yaşı ötən, korrupsiya qalmaqallarında adı hallanan məmurlar vəzifədən çıxarılır, onların yerinə gənc kadrlar irəli çəkilir. “Azərişıq”da isə rüşvət aldıqlarına, dövlət əmlakını mənimsədiklərinə görə, həbs edilən məmurları (özü də pensiyaçıları) yüksək vəzifəyə gətirilir.
Heç bir dövlət orqanı “Azərişıq” ASC-dəki bu məmur özbaşınalıqları barədə tədbir görə bilmir. Açıq-aşkar etiraf edirlər ki, “biz Vüqar Əhmədova bata bilmərik, o, ölkə Prezidentinin köməkçisi Anar Ələkbərovun xalası oğludur”.
“Azərişıq” ASC-nin “Sumqayıt” RETSİ-dəki özbaşınalıqlardan şikayət etdiyim üçün rəhbərlik tərəfindən təzyiqlərə məruz qalmışam, bütün hüquqlarım tapdanır.
Belə ki, Nazirlər Kabinetinin qərarı olmadan “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov 01 noyabr 2022-ci il tarixli daxili əmrlə dövlət başçısının sərəncamı, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərişıq” ASC-nin strukturunda “dəyişiklik” edib. Belə ki, “Şimal” RETSİ-ni ləğv edib, 2 yeni regional idarə -“Sumqayıt” RETSİ və “Xaçmaz” RETSİ-ni yaradıb.
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.