Bakupress.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı bildirib.
“İki il əvvəl biz Ermənistanla Azərbaycan arasında təmaslarda ilk konkret nəticələri qeydə aldıq. O zaman prosesdə şəxsən mən iştirak edirdim. Və həmin vasitəçiliyin rolu konkret nəticə ilə başa çatdı”, - deyə o qeyd edib.
“Mən iki ölkə, dostlarımız arasında prosesə qoşulmağa hazır olduğumuzu bir daha açıq şəkildə təsdiq etmək istəyirəm”, – Qaribaşvili əlavə edib.
Xatırladaq ki, 2021-ci ilin iyununda Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan 15 erməni hərbçini qarşı tərəfə, Ermənistan isə mina xəritələrinin bir hissəsini Azərbaycana təhvil verib.