Azərbaycan neftinin qiyməti 2%-dən çox ARTIB

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

 

Bakupress.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli ötən günlə müqayisədə 2.44% və ya 1.88 dollar artaraq 78.85 ABŞ dollara ticarət edilib.

 

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.

0.030952930450439