Avropa Sülh Fondu Ukraynanın Müdafiə Fonduna çevrilə bilər

Avropa Sülh Fondu Ukraynanı dəstəkləmək üçün daimi alətə çevrilə bilər.

Belə ki, Brüsseldə Ukraynanın Müdafiə Fondunun yaradılması təklif edilir.

Bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrell deyib.

“Söhbət təhlükəsizlik öhdəliklərindən gedir. Mənim üçün bu o deməkdir ki, Ukraynaya hərbi dəstək davamlı olmalıdır... Müharibə zamanı və müharibədən sonra”, - Borrell bildirib.

 

Avropa İttifaqının baş diplomatı istisna etmir ki, Aİ uzunmüddətli perspektivdə Ukrayna qoşunlarına dəstək verəcək Avropa Sülh Fondunun Ukrayna Müdafiə Fonduna çevrilməsi imkanını nəzərdən keçirəcək.

0.043004989624023