N'Qolo Kante futbol klubu alıb

“Əl İttihad”ın yarımmüdafiəçisi N'Qolo Kante Belçikanın “Royal Excelsior Virton” klubunun sahibi olub.

Məlumata görə, müqavilə iyulun 1-dən qüvvəyə minəcək.

2022/23 mövsümündə “Royal Excelsior Virton” Belçika çempionatının üçüncü liqasına düşdü.

 

Xatırladaq ki, iyunun 21-də “Əl-İttihad” 32 yaşlı fransalının transferini açıqlayıb.

0.032649993896484