Qarşıdakı aylar ərzində yekun razılığa gəlinə bilər - Blinken

"Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişinin əldə edilməsi, eləcə də ölkələr arasında münasibətlərin inkişafına kömək edə biləcək bir sıra digər mühüm məsələlərin həlli istiqamətində davam etdirilən vacib və gərgin işə görə tərəflərə minnətdarlığımı bildirirəm”.

 

Bakupress.az xəbər verir ki, bunu ABŞ dövlət Katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdən sonra deyib.

 

O qeyd edib ki, bölgədə sülhün əldə olunması istiqamətində daha da irəliləyiş var.

 

"Bu ortaq məqsədə uyğun olaraq bəzi əlavə maddələrin razılaşmaya daxil edilməsi, eləcə də digər həll edilməmiş məsələlər üzrə mövqelərin dərinləşdirilməsi istiqamətində danışıqlar davam edir.

 

Yekun razılığa gəlmək üçün danışıqlar davam edəcək. Qarşıdakı həftələr və aylar ərzində ümumi və yekun razılığa gəlinməsi nəzərdə tutulub” - deyə Blinken vurğulayıb.

 

Dövlət katibinin sözlərinə görə, Avropa İttifaqınım ev sahibliyi ilə bir neçə həftə sonra növbəti görüşün keçirilməsi gözlənilir.

 

“Düşünürəm ki, biz nə qədər yaxınlaşsaq, razılaşmaya bir o qədər yaxınlaşacayıq. Əldə edilmiş tərəqqiyə görə hər iki tərəfə təşəkkür edirik. Bu səylərimizi önümüzdəki həftələrdə və aylarda davam etdirəcəyik”- deyə o əlavə edib.

0.026291847229004