Bayramov-Mirzoyan görüşü nə vaxta qədər davam edəcək?

Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda keçiriləcək görüş sabah başlayacaq.

 

Bakupress.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

 

O qeyd edib ki, görüş iyunun 29-dək davam edəcək.

 

Dövlət katibi Entoni Blinken hər iki nazirlə danışıqlar aparacaq.

 

Azərbaycan və Ermənistan xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqları davam etdirəcək.

 

Xatırladaq ki, Ceyhun Bayramov və Ararat Mirzoyan artıq ABŞ-a yola düşüb.

0.048243045806885