Bərdədə ev uçdu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bərdə şəhəri, Səttarxan küçəsində birmərtəbəli yaşayış evində baş verən uçqun nəticəsində vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

 

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb edilib.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, birmərtəbəli dördotaqlı fərdi yaşayış evinin bir otağının tavanının uçması nəticəsində 1929-cu il təvəllüdlü Mirzəyev İbrahim İsmayıl oğlu və 1940-cı il təvəllüdlü Mirzəyeva Arəstə Cəlal qızı uçqun altında qalıblar.

 

FHN-in yanğınsöndürən-xilasediciləri tərəfindən operativ olaraq həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar İ.Mirzəyev və A.Mirzəyeva xilas ediliblər.

0.032194852828979