Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib.
Bakupress.az xəbər verir ki, onun çıxışı televiziya kanalları vasitəsilə yayımlanıb.
Putin Rusiyada baş verən hərbi qiyam cəhdindən danışıb. O qeyd edib ki, silahlı üsyan onsuz da yatırılacaqdı:
“Vəndaş həmrəyliyi göstərdi ki, istənilən şantaj, daxili iğtişaşlar yaratmaq cəhdləri uğursuzluğa məhkumdur. Üsyanın təşkilatçıları xalqa və üsyana cəlb olunanlara xəyanət etdilər. Rusiyanın düşmənləri ölkənin qanlı vətəndaş qarşıdurmasında boğulmasını istəyirdilər", - Putin deyib.
O, “Vaqnerçi” muzdlularına verdiyi vədi yerinə yetirəcəyinə söz verib:
"İstəyən Belarusa gedə bilər. Verdiyim söz yerinə yetiriləcək".