Ceyhun Bayramov sabah Mirzoyanla GÖRÜŞƏCƏK

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistan XİN başçısı Ararat Morzoyanla görüşəcək.

 

Bakupress.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Görüş sabah ABŞ-ın paytaxtı Vaşinqtonda baş tutacaq. tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair sülh sazişini müzakirə edəcəklər.

 

Mirzoyan artıq ABŞ-a yola düşüb.

 

Qeyd edək ki, iyunun ortalarında XİN başçılarının Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. 

0.03449010848999