DİN Daxili Qoşunlar Baş İdarəsi "2023-cü il üçün yeməkxana, camaşırxana avadanlıqlarının və onların təmirinin, yeməkxana inventarlarının satın alınması" tenderinin nəticələrini açıqlayıb.
Bakupress.az xəbər verir ki, qalib "Cool Vent Group" MMC (VÖEN: 2003781971) şirkəti olub.
Qalib şirkətə 1 275 809 manat ödəniləcək.
"Cool Vent Group" MMC daha öncə DİN "Xəzri Sağlamlıq və İstirahət Mərkəzi"nin 199 973 manat məbləğində "Qazanxana və havalandırma sistemlərinə texniki servis və ehtiyyat hissələrinin dəyişdirilməsi" tenderinin qalibi seçilib (05.12.2022).