Ana övladlarını öldürüb illərlə soyuducuda saxladı

Cənubi Koreyada qadın iki övladını öldürüb və onları illərlə soyuducuda saxlayıb.

 

BaskuPress.az xəbər verir ki, o, ilk övladını 2018, ikinci övladını isə 2019-cu ildə qətlə yetirib.

 

Adı açıqlanmayan qadın uşaqlarını öldürməsinin səbəbini belə izah edib: “12, 10 və 8 yaşlı digər üç övladıma baxarkən maddi çətinlik çəkirdim. Buna görə də onları öldürdüm".

 

Cinayətin üstü illər sonra açılıb və qadın törətdiyi hadisəni etiraf edib. Onun barəsində həbs qərarı verilib. Hazırda araşdırma aparılır.

0.49490022659302