Zelenski Belarusdakı səfiri işdən çıxardı

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Belarusdakı səfiri İqor Kizimi vəzifəsindən azad edib.

 

Bakupress.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında məlumat verilib.

 

Bundan əvvəl Kizim bir neçə dəfə məsləhətləşmələr üçün Kiyevə çağırılıb, lakin daha sonra Minskə qayıdıb.

 

Ukrayna mediasına müsahibə verən Kizim Belarusda “tam blokada vəziyyətində” olduğunu bildirib. Onun sözlərinə görə, Kiyevin Minsklə diplomatik əlaqələr saxlamasının yeganə səbəbi Rusiya Federasiyasından Belarusa gələn və evlərinə qayıtmağa çalışan ukraynalı qaçqınlara kömək etməkdir.

0.024319887161255