Vaşinqtonda növbəti sülh görüşü keçiriləcək

ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi edəcək.

 

Bakupress.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel gündəlik mətbuat brifinqi zamanı deyib.

 

Patel görüşün dəqiq tarixini açıqlamayıb və tezliklə baş tutacağını bildirib.

 

O qeyd edib ki, ABŞ Vaşinqtonda danışıqların növbəti raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyir: "Biz inanırıq ki, birbaşa dialoq problemlərin həlli və sülhə nail olmaq üçün açardır".

 

Sözçü vurğulayıb ki, Birləşmiş Ştatlar regionda mühüm tərəfdaş kimi çıxış edir və dövlət katibi Entoni Blinken prosesə şəxsən nəzarət edir.

 

Qeyd edək ki, iyunun ortalarında Vaşinqtonda keçirilməsi planlaşdırılan XIN başçılarının görüşü təxirə salınıb.

 

XİN-in sözçüsü Ayxan Hacızadə deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

 

"Ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq. Bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur", - XİN rəsmisi qeyd edib.

0.037258148193359