İlham Əliyev Şahbaz Şəriflə rus dilində danışdı - Maraqlı görüntülər

Dünən Azərbaycanda işgüzar səfərdə olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Prezident İlham Əliyevlə görüşü zamanı maraqlı dialoq yaşanıb.

 

BakuPress.az xəbər verir ki, Şahbaz Şərif İlham Əliyevlə rus dilində danışıb.

 

Tərəflər arasında keçən maraqlı dialoqun görüntüləri isə Pakistan mediası və sosial şəbəkələrində geniş şəkildə paylaşılıb. Görüntülərdən Şahbaz Şərifin rus dili biliklərini nümayiş etdirməsi və bu dildə zarafatla rəqəmləri saymasını görmək mümkündür.

 

Dialoq ətrafdakı şəxslər tərəfindən təbəssümlə qarşılanıb. Pakistan mediası Şərifin 6 dildə danışdığını vurğulayıb.

 

0.028273105621338