İranın Ermənistandakı yeni səfiri biznesmenlərlə görüşdü - 7 dəfə artmalıdır...

İranın Ermənistandakı yeni səfiri Mehdi Sübhani Zəncan əyalətində iş adamları ilə görüşüb.

 

BakuPress.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, regionun mədəni və sivilizasiya baxımından ortaq ölkələrlə işgüzar əməkdaşlığını genişləndirməyə çalışdığını qeyd edib.

 

Səfir bildirib ki, İranın Ermənistanla keçən il ticarəti 500 milyon dollardan az olub və bu il 7 dəfə artmalıdır.

 

"Ermənistanda kommersiya ofisi açmaqla daimi bazarlar yaratmaq, kənd təsərrüfatı və sənaye məhsullarını təqdim etmək mümkündür. Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür ki, bu, 200 milyon əhalisi olan bazara qapı deməkdir", - o əlavə edib.

0.078672885894775