Azərbaycanda adambaşına düşən gəlir 40% arta bilər

Azərbaycanda adambaşına düşən gəlir 2050-ci ilə qədər ölkənin indiki inkişaf trayektoriyası ilə müqayisədə ən azı 40 faiz, hətta çox arta bilər.

 

BakuPress.az xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl deyib.

 

O bildirib ki, Azərbaycan üçün yeni artım modeli sayəsində daha optimist imkanlar var.

 

"Bu model dövlətin aktiv stimullaşdırılması rolunun fonunda dinamik özəl sektorun dəstəklənməsi, daha şaxələndirilmiş iqtisadiyyat, daha güclü insan kapitalı və daha dərin iqtisadi inteqrasiyanı nəzərdə tutur", - Sara Maykl qeyd edib.

0.030125856399536