Bu gün Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.
BakuPress.az-ın məlumatına görə, turnirin ilk günündə səkkiz cüdoçumuz tatami üzərinə çıxacaq.
Millimizin üzvlərindən Kənan İsmayılov Aybek Omirov (Türkmənistan), Nazir Talıbov portuqaliyalı Fransisko Mendes (hər ikisi 60 kq), Kəramət Hüseynov Nurali Emomali, Kamran Süleymanov Obid Cebov (hər ikisi Tacikistan, 66 kq), Leyla Əliyeva qazaxıstanlı Nuralim Sarsenbek, Ramilə Əliyeva Çin idmançısı Şuaixia Han (hər ikisi 48 kq), Aydan Vəliyeva yaponiyalı Ryoko Takeda və Gültac Məmmədəliyeva isə Tolqanay Abeuova (Qazaxıstan) - Aziane Toro Soler (İspaniya) cütünün qalibi ilə (hər ikisi 52 kq) qarşılaşacaq.
Üç gün davam edəcək turnirdə 42 ölkədən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.
Azərbaycan cüdo üzrə milli komandası yarışda 9 çəki dərəsində 13 kişi və 4 qadın idmançı ilə təmsil olunacaq.
Cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Mehman Əzizov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcəklər.