Azərbaycanlı rejissor beynəlxalq festivala dəvət aldı

Azərbaycanlı prodüser, rejissor Fariz Əhmədov Andrey Tarkovski adına XVII Beynəlxalq “Güzgü” Film Festivalının münsiflər heyətinə dəvət edilib.

 

Bakupress.az xəbər verir ki, bununla bağlı festivalın rəsmi saytında məlumat yerləşdirilib.

 

Münsiflər heyətinin sədri Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Anatoli Vasilyevdir.

 

Müsabiqədə 12 ölkədən 8 film təqdim olunacaq.

 

Festivalın açılışı iyunun 30-da Andrey Tarkovski haqqında sənədli filmlə başlayacaq. Bağlanış filmi isə Kann Film Festivalında mükafat almış “Tənəzzülün anatomiyası” olacaq.

0.070150136947632