Paşinyan Ermənistan gerbini tənqid etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin gerbini tənqid edib.

 

Bakupress.az xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.

 

Paşinyan deyib ki, Ermənistan gerbinin 1991-ci ildə qurulan dövlətə heç bir aidiyyəti yoxdur.

 

“Orada nə göstərilir? Ağrı dağında (Türkiyə ərazisində yerləşir – Red.) Nuhun gəmisi və Ermənistanın dörd sülaləsinin gerbləri. Emblemə baxanda belə bir sual yarandı: bunun bizə nə dəxli var? Axı biz bunu 1991-ci ildə qəbul etmişik. Bunun 1991-ci ildə qurulan dövlətə nə dəxli var?”, - deyə baş nazir bildirib.

 

Paşinyan qeyd edib ki, gerbin mərkəzində Ağrı dağında Nuhun gəmisini və indiki Ermənistan ərazisini sular altında görmək olar. O gerbdə uzun müddətdir ki, Ermənistanın təbii şəraitində yaşamayan aslan təsvirinə də diqqət çəkib.

0.028531074523926