Dünyanın ən bahalı futbol brendləri - Reytinq siyahısı

Mançester Siti” dünyanın ən bahalı futbol brendi olub.

 

Bakupress.az xəbər verir ki, bu barədə İngiltərə “Brand Finance”in konsaltinq şirkətinin rəsmi saytında dərc olunmuş dünya futbol brendlərinin reytinqinin siyahısında qeyd edilib.

 

“Mançester Siti”nin ümumi dəyəri keçən illə müqayisədə 23 milyon dollar artaraq 1,562 milyard dollardır. İngiltərə klubu son 4 ilin ən bahalı futbol brendi olan İspaniya "Real"ını reytinqdə birinci pillədən sıxışdırıb. Madrid klubu indi 255 milyon dollar dəyər itirərək 1,513 milyard dollar dəyərindədir. Ən bahalı brendlər üçlüyünü İspaniyanın "Barselona"sı qapayır - 1,425 milyard dollar.

 

Dördüncü yerdə İngiltərənin "Mançester Yunayted"i (1,412 milyard dollar), beşinci "Liverpul" (İngiltərə, 1,411 milyard dollar), altıncı “Paris Saint-Germain” (Fransa, 1,174 milyard dollar), yeddinci "Bavariya" (Almaniya, 1,140 milyard dollar), səkkizinci “Arsenal” (İngiltərə, 940 milyon dollar), doqquzuncu “Tottenhem” (İngiltərə, 931 milyon dollar), onuncu “Çelsi” (İngiltərə, 893 milyon dollar) qərarlaşıb.

 

Qeyd edək ki, “Mançester Siti” bu mövsüm İngiltərə Kubokunu və Premyer Liqanın qalibi olub və iyunun 10-da Çempionlar Liqasının finalında “İnter”lə qarşılaşacaq.

0.12536382675171