Ramil Şeydayev Tailandda - FOTO

“Qarabağ”dan ayrılan Ramil Şeydayevin Tailandın “Buriram Yunayted” klubuna keçidi dəqiqləşib.

BakuPress.az xəbər verir ki, o, sözügedən klubla iki illik müqavilə bağlayıb.

Azərbaycan millisinin üzvü artıq Tailanda gedib. 27 yaşlı forvard Asiya ölkəsində çəkdirdiyi fotonu sosial şəbəkə hesabında paylaşıb.

R.Şeydayev “Buriram Yunayted”də ilinə 750 min avro qazanacaq. “Qarabağ”ın ona yekun təklifi bundan təxminən iki dəfə az olub.

0.025716066360474