Akşenerin baş müşaviri partiyadan İSTEFA VERDİ

Türkiyədə müxalif İYİ Partiyanın 27-ci çağırış parlament üzrə deputatı və sədr Meral Akşenerin baş müşaviri Aytun Çıray partiya üzvlüyündən istefa verib.

 

BakuPress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə siyasətçinin özü məlumat yayıb.

 

O, açıqlamasında İYİ Partiyanın sədri Meral Akşenerin ünvanına tənqidi fikirlər səsləndirib. Çıray xüsusən, Akşenerin mart ayında "Altılı Masa"dan qalxmasının partiyaya və demokratiyaya, gənclərə vurduğu zərərə diqqət çəkib və Akşenerin daha sonra yenidən masaya qayıtmasının vəziyyəti düzəltmədiyini bildirib.

 

Qeyd edək ki, Çıray son seçkilərdə namizədlikdən də geri çəkilmişdi.

0.04143500328064