Ərdoğan İstanbula yeni vali təyin etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbula yeni vali təyin edib.

 

Bakupress.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, Davud Gül İstanbul valisi vəzifəsinə gətirilib.

 

1974-cü ildə Ərzurumda anadan olan Gül bundan əvvəl Qaziantep valisi olub.

 

Qeyd edək ki, İstanbulun əvvəlki valisi Ali Yerlikaya ölkənin daxili işlər naziri təyin edilib.

0.035387992858887