“Qarabağ” yeni formasını təqdim etdi

Ağdamın “Qarabağ” klubu 2023-2024-cü il mövsümündən “Adidas” şirkətinin forma və geyim dəstlərindən istifadə edəcək.

 

Bakupress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Klub rəsmi sosial şəbəkələri vasitəsi ilə yeni formalarını ictimaiyyətə təqdim edib.

 

Qeyd edək ki, Ağdam təmsilçisi 2022-2023-cü il mövsümünə qədər də "Adidas"la əməkdaşlıq edib.

 

“Qarabağ" 2022/2023 mövsümündə yerli brend olan “IL’Azero”nun istehsal etdiyi formaları geyinib.

0.070522785186768